banner
banner

Şou

"O kişi məni elə sevib ki..."- Ruhəngiz Müsəvi

"O kişi məni elə sevib ki..."-
Sevilən sənətçi Ruhəngiz Müsəvi "Hər Səhər" proqramının qonağı olub.
Nəfis söhbəti, gözəl ifaları ilə verlişə rəng qatan müğənni, həm aparıcı Əkbərin, həm də tamaşaçıların suallarını cavablandırıb. Şəxsi həyatından danışan sənətçi bundan sonra ailə qurmaq haqqında düşünməyəcəyini deyib: "İki dəfə ailə qurmuşam. İkinci həyat yoldaşımı çox sevmişəm. Ondan sonra ailə qurmaq haqqında heç vaxt düşünməmişəm".
Sevdiyi kişiyə görə mübarizə aparmısınızmı sualına müğənni belə cavab verib: "Həyatımdakı kişi məni elə sevib ki, onun üçün mübarizə aparmaq ehtiyacı hiss etməmişəm. Buna gərək qalmayıb".
Əkbər Ruhəngiz Müsəvinin qarderobundan söhbət açıb, illər öncə iki geyimini kiməsə verməsini xatırlatmağa çalışıb. Müğənni belə bir hadisənin baş vermədiyini deyib. Əkbər isə həmin sürpriz geyimləri sənətçiyə göstərib. Müğənni təəcüblənib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.