banner
banner

Sosİal

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? - RƏSMİ CAVAB

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? -

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə “qəribə davranış”lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır.

Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, “qəribə davranış”la əlaqədar risklər yalnız "Tamiflu"ya aid deyil. Qripə qarşı digər dərmanları - "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.

Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan “Tamiflu” adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib:

“Lakin Farmakonəzarət sektoruna bu dərman vasitəsi ilə əlaqədar şikayət daxil olmayıb. Bundan əlavə Farmakonəzarət sektoru bütün dərman vasitələrinin təhlükəsizlik profilini və risk - fayda nisbətini nəzarətdə saxlayır”.

Qripə qarşı istifadə edilən digər iki dərmana gəldikdə isə, mərkəzdən əlavə edilib ki, Azərbaycanda "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələri dövlət qeydiyyatından keçməyib və onlar dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.