“Guess” markası 2018-ci il kampaniya reklamı üçün bu dəfə model olaraq müğənni Cennifer Lopezi seçib. 48 yaşlı aktrisa brendin yeni tanıtımı üçün Tatyana Qerusovanın fotokamerası qarşısına keçib. O, fotosessiyadan ilk şəkli sosial şəbəkədə paylaşıb. Cennifer müsahibəsində markanın siması olmaq təklifini dizayner Pol Marçianodan aldığını deyib: “Pol mənə zəng edəndə ki, “Guess”in yeni siması olum, məmnuniyyətlə qəbul etdim. Bu brendi uşaqlıqdan sevirəm. Onunla işləmək mənim üçün böyük şərəfdir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.