banner
banner

Sosİal

“Azəriqaz”da yarım milyon mənimsəmə – Sabiq sədrin işi məhkəmədə

“Azəriqaz”da yarım milyon mənimsəmə

“Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, istintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda pul mənimsədiyi aşkarlanıb.

İ.Səfərov Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodraçılara həvalə edib.

Görülən işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.