Əslində "Titanik"də Leonardo deyil, o çəkilməli idi - foto
Bu il məşhur “Titanik” filminin çəkilməsindən 20 il ötür. Bununla bağlı ekran işinin qəhrəmanlarından biri olan aktrisa Keyt Uinslet verilişlərdən birində maraqlı açıqlama verib. O, filmdə tərəf müqabilinin aktyor Leonardo Dikaprio deyil, Metyu Makkonexi olmalı olduğu bildirib:
"Bunu ilk dəfədir deyirəm. Əslində çəkilişlərə Metyu ilə başlamışdım. Filmi çəkən "Paramount" şirkəti Cek obrazında Makkonexini seçsə də, rejissor Ceyms Kameron həmin rolda Leonardonun olmasını israr edirdi. Nəhayət istəyinə də nail oldu. Düşünürəm ki, Metyu ilə Cek və Rouz cütlüyü bu qədər sevilməzdi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.