İki aparıcı arasında illərdir davam edən savaş: "Ona nifrət edirəm"
Aparıcılar Sərxan Kərəmoğlu ilə Saleh Bağırov illərdir küsülü imiş.
Axşam.az-ın məlumatına görə, aparıcılar arasında uzun müddətdir davam edən savaş haqda Kərəmoğlu danışıb.
O bildirib ki, S.Bağırovla dəfələrlə məclislərdə mübahisə ediblər:
“O, aparıcı deyil. Ona nifrət edirəm. Ömür boyu Saleh aparıcı olmayacaq. O adam Azərbaycan mədəniyyətinin birnömrəli düşmənidir. Yaraşıqlı oğlan, yaxşı həyat yoldaşı, ata və dostdur. Amma aparıcı deyil. O məclislərdə xanımları gözəl təqdim edir. Söz düzümü gözəldir. İncini sapa düzən kimi sözləri ard-arda düzür.
Saleh paxıl aparıcıdır. Dünən toy məclisindən biri mənə həvalə edilmişdi. Bütün aparıcıları səhnəyə dəvət etdim. Amma Salehdə belə bir şey yoxdur. O deyir ki, toyu mənə həvalə ediblərsə, heç bir aparıcını səhnəyə qoymaram.
Mətanət İsgəndərlinin qızının toyunda dedim ki, mənə də söz verin. Mətanət xanıma təklif etdim ki, bəylə-gəlini yola salanda mən danışım. Saleh dünyanı dağıtdı ki, imkan vermərəm. Bu adamın içində həmrəylik yoxdur. Heç kimə toyda mikrofon vermir”.
Kərəmoğlu aralarındakı küsülülüyün 2012-ci ildən başladığını deyib:
“Türkiyədə bir verilişin çəkilişində idik. Türklərlə bizimkilər arasında qardaşlıq körpüsü idi. Orada Saleh məni tənqid etdi. Başqa bir ölkədə öz həmyerlisinə qarşı etdiyi bu hərəkət hamını qıcıqlandırdı. Həmin vaxt mən Flora Kərimova ilə küsülü idim. Saleh də onunla dost olduğu üçün məni vurmaq istəyirdi. Amma indi nə oldu? Ətlə-dırnaq arasına girən iylənib çıxar. İndi biz Flora xanımla barışdıq”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.