Havanın temperaturunun kəskin düşməsilə hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları artıb.
Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır.
Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəmə çevrilir, ağırlaşma hallarında isə ölümlə nəticələnir. Biz isə ya həkimlərə, ya dərmanlara inamsızlıqdan xəstəliyi evdə, “moruqlu”, “zoğallı” çayla sağaltmağa çalışırıq...
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Modern.az-a bildirib ki, oktyabrın 1-dən bu günə qədər tibb müəssisələrindən 63 şübhəli yaxma nümunəsi daxil olub:
“Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından daxil olan müraciətlərin 3-ü pozitiv olub. Onlardan 2-də paraqrip, 1-də adenavirus aşkarlanıb. Qrip infeksiyası isə tapılmayıb. Ümumi müraciətlərin 51-i isə 17 yaşa qədər uşaqlardan olub. Virus aşkarlananların hamısı uşaqlardır”.
Nazirlik rəsmisinin sözələrinə görə, xəstələr arasında ağırlaşma halı müşahidə edilməyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.