banner
banner

Gündəm

Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI: “Kim nə istəyir, qoy yazsın”

Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI:

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.

Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da bağlayanlar var.

Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altı nazir olduğu yazilir.

Kəmaləddin Heydərov unikal.org saytına özəl açıqlamasında yazılanlara belə münasibət bildirib:

“Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.