banner
banner

Gündəm

Mahmud Abbas: “ABŞ bundan sonra vasitəçi kimi çıxış edə bilməyəcək”

Mahmud Abbas: “ABŞ bundan sonra vasitəçi kimi çıxış edə bilməyəcək”

“Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi”.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

 

M. Abbas bildirib ki, bu gün də ABŞ  prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: “Həmişə ABŞ-ın yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyillər. Bu gün ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edir. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil”.

 

Fələstin Muxtariyyətinin lideri bütün islam ölkələrinə, xüsusən Türkiyəyə Fələstinə dəstək verdiyi üçün təşəkkür edib: “İslam liderlərinin timsalında bütün dünyaya səslənmək istəyirəm. Biz bu böyük qəsdə, təhlükəyə qarşı bu sammitdə qəti qərar qəbul etməli, bütün müsəlmanlar və xristianların müqəddəs məkanlarının qorunması üçün bu addımı atmalıyıq. Fələstinin müstəqil dövlət kimi meydana çıxmasına çalışmalıyıq. Fələstin xalqı və Aksa məscidi ətrafında növbə tutan qardaşlarımızı, Qüdsdə yaşayıb, qanunsuzluq və zülmlərə məruz qalan insanlarımızı salamlamaq istəyirəm. Qüdsdə fələstinlilərin torpaq və evləri alınır, zorla iş yeri bağlanır, böyük vergi yükü qoyulur. Aksa məscidində ibadətimizə böyük maneə törədirlər. Qüdsdə, qədim şəhərdə yaşayan bütün müsəlman və xristianları salamlayıram. Qüdsün kənarında olan insanları da salamlayıram. Biz sizinlə birgə Qüdsü qoruyacağıq. Biz Fələstinin paytaxtı olan Qüdsü müdafiə etməyə davam edəcəyik. Müstəqilliyimizə nail olana qədər bu mübarizəmizi dayandırmayacağıq”.

 

M. Abbas qeyd edib ki, D. Trampın ABŞ səfirliyini Qüdsə köçürmək qərarı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır: “BMTqərarına əsasən ABŞ da daxil olmaqla, heç bir ölkənin səfirliyini Qüdsə köçürməsi mümkün deyil. Bütün xalqları Fələstin mübarizəsinə dəstək verməyə çağırırıq. ABŞ bizimlə birgə sülh üçün çalışdığı bir zamanda son addımı ilə bizə yüz ilin silləsini vurdu.

 

Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla, ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.