Paytaxtın Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cia.az-a verilən məlumata görə, buna səbəb təmir işlərinin aparılmasıdır. Belə ki, diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.