banner
banner

Sosİal

"Bayram günlərində işıq kəsilməyəcək" - "Azərişıq"

"Bayram günlərində işıq kəsilməyəcək"
“Azərişıq” ASC tərəfindən bayram və qeyri-iş günləri sayılan 31 dekabr, 1-3 yanvar tarixlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.
"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, bayram günlərində “Azərişığ”ın Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.
Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil ediləcək, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.