1990-cı illərin məşhur seriallarından olan "Qara mirvari"nin baş qəhrəmanı, argentinalı aktrisa Andrea Del Bokanın illər sonra yeni fotoları yayılıb. Hazırda 52 yaşı olan aktrisa filmə çəkilərkən 32 yaşında olub. Andrea heç vaxt ailə qurmasa da, 2000-ci ildə münasibətdə olduğu iş adamı Rikardo Biasottidən qız övladı dünyaya gətirib. Daha sonra ondan ayrılan Bokanın adı Argentinanın baş naziri Hannibal Fernandeslə hallanıb.
Andrea "Qara mirvari"dən başqa, "Selesta", "Antonella", "Çıqanka" kimi ekran işlərində də oynayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.