Avstraliyalı model Miranda Kerr milyonçu əri Evan Şpigellə birlikdə Nyu-Yorkda paparassilərin hədəfində olub. Gəzinti zamanı görüntülənən cütlük jurnalistlərə əhəmiyyət verməyərək avtomobilə əyləşib. 5 aylıq hamilə olan Miranda dəbə uyğun geyimi ilə diqqət çəkib. 6 kiloqram çəki alan Kerr kosmetikasız olub. Qeyd edək ki, Miranda ilə Evan 2015-ci ildən birlikdədirlər. Cütlük ötən ilin mayında ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.