Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarlı və küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Mərkəzdən Oxu.Az verilən məlumata görə, Badamdar şossesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir.
Mərkəz sürücülərə göstərilən istiqamətlərdə daha diqqətli və ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.