banner
banner

Gündəm

Azərbaycan ən yaxşı 80 ölkə arasına düşüb

Azərbaycan ən yaxşı 80 ölkə arasına düşüb

Usnews.com 2018-ci ilin ən yaxşı ölkələrinin reytinqini açıqlayıb. Reytinq turizm, təbiət, siyasi təsir, təhsil səviyyəsi və başqa meyarlara əsaslanır, 36 ölkədən 21 min nəfər arasında sorğunun nəticələri əsasında tərtib olunub.

Siyahıda 80 ölkənin adı var. Novator.az-ın məlumatına görə, Azərbaycan reytinq cədvəlində 64-cü pillədə dayanır.

İran 77-ci, Belarus 72-ci, Ukrayna 69-cu, Qazaxıstan 70-ci sıradadır.

Reytinq cədvəlində Latviya 59-cu, Türkiyə 36-cı, Rusiya 26-cı yerdə göstərilir.

Ən yaxşı ölkələr siyahısına İsveçrə başçılıq edir. 2-ci yerdə Kanada, 3-cü yerdə Almaniya qərarlaşır.

İlk onluqda Böyük Britaniya, Yaponiya, İsveç, Avstraliya, ABŞ, Fransa və Niderland da yer alır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.