banner
banner

Şou

"O görüntülərdəki həqiqətən də bizik" - Özcanın keçmiş sevgilisi

"O görüntülərdəki həqiqətən də bizik"

Aktrisa Buse Narcı qonaq olduğu proqramda aktyor-müğənni Özcan Dənizin özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktana onunla xəyanət etməsindən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buse görüntüdəki insanların həqiqətən onlar olduğunu bildirib:
"Onu bir ildir görmürəm və oyandıqda onunla bir görüntüdə olmaq məni çox kədərləndirdi. Bu cür xaırlanmaq istəməzdim. Hər halda, ortada bir hamilə qadın var və özümü onun yerinə qoydum. Allah bilir, indi nə haldadır. 
Ora bir çox adamın girib-çıxdığı yerdir. Tam olaraq, hara olduğunu da bilmirəm. Bəlkə də, ticarət mərkəzlərindən biridir. O görüntülərdəki həqiqətən də bizik. Demək, bizi müxtəlif vaxtlarda, amma eyni məkanda görüb belə bir çirkin əməl ediblər".

Xatırladaq ki, ötən gün Özcan da haqqında çıxan məlumatların yanlış olduğunu bildirib. O, İnstaqram səhifəsində yazıb:

“Bu gün haqqımda çıxan xəbər həqiqət deyil. Hər kəsin girib-çıxdığı yeri “otel” adlandırıb, təhlükəsizlik kamerası görüntüləri montajlanaraq düzəldilib. Oranın hara olduğu və niyə orada olduğum ailəm tərəfindən bilinən və gizli olmayan məlumatdır. Mən də, ailəm də bu xəbərin üstündə dayanmırıq”.

Qeyd edək ki, dünən Özcanla keçmiş sevgilisi Busenin otellərin birində görüşdüyü iddia olunub. Gizlicə görüşən keçmiş sevgililərin hətta görüntüləri yayılıb.

Dənizlə Narcı 1 il yarım əvvəl ayrılıblar. Ondan sonra aktyor Feyza ilə görüşməyə başlayıb. Hazırda 6 aylıq hamilə olan Aktanın oğlu dünyaya gələcək. Cütlük yaxınlarda nikah masasına oturmağı planlaşdırır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.