Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın bütün barışmaq cəhdlərinə baxmayaraq Ebru Gündəş onu bağışlamır.
ANS PRESS-in məlumatına görə, həyat yoldaşı Rza Zerrab həbsdə olduğu zaman Sərdar Ortacın dəstək verməməsi Ebru Gündəşi küsdürüb.
Ortacın barışmaq üçün vurduğu zənglər, vasitəçilərdən istifadə etməsi, evinə gül-çiçək yollaması nəticəsiz qalıb.
Sərdar Ortac isə baş verənlərə görə özünü günahkar bilir:
“Ebru haqlıdır. Çətin günlərində onları axtarıb-soruşmadım. Baş verənlərdən təşvişə düşdüm və qorxdum”. Ebru Gündəşin həyat yoldaşı Rza Zerrab 2013-cü il dekabrın 17-də həbs olunmuş, 2014-cü il fevralın 28-nə qədər həbsdə qalmışdı.
Xatırladaq ki, Ebru Gündəşlə Sərdar Ortac bir vaxtlar bütün şou-biznesi qısqandıracaq qədər möhkəm dost olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.