"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın baş rol oyuncuyu Oqtay Kaynarca özünə doğum günü partisi təşkil edib. Kafelərdən birində təşkil olunan tədbirə Oqtayın serialdakı tərəf müqabilləri, eləcə də, Məryəm Uzerli, Sanem Özçelik, Deniz Çakır, Olgun Şimşek kimi məşhurlar da qatılıb. Gecədə 53 yaşı olan Kaynarca ilə bir müddət əvvəl sevgili olduğu aktrisa Dənizin səmimi münasibətləri gözdən qaçmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.