banner
banner

Gündəm

ATV-yə yeni vitse-prezident təyin olundu

ATV-yə yeni vitse-prezident təyin olundu

Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezident təyin edilib.

Cia.az Gununsəsi.info-ya istinadən xəbər verir ki, Qurban Səlimov adlı yeni vitse-prezident bu gün kollektivə təqdim edilib.

Araşdırma zamanı bəlli olub ki, “Lider” kanalında çalışan Qurban Səlimov həm də AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşıdır.

Qeyd edək ki, Q.Səlimov 1971-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

ABA TV, Lider TV, İnternews Azerbaijan, “ADG plus production” kimi şirkətlərdə rejissor və qrup rəhbəri vəzifəsində çalışıb.

Bir çox sənədli filimlərin, televiziya verilişlərinin və reklam çarxlarının ssenari müəllifi və rejissorudur.

Ailəlidir, iki övladı var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.