banner
banner

Sosİal

Sərnişin və yük daşıyanların nəzərinə: Yeni qaydalar müəyyənləşir

Sərnişin və yük daşıyanların nəzərinə:

Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Trend-ə bildirib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə, sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir:

“Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilmişdir”.

Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən əsasən bu tələb beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər üçün müəyyən olunur. Onun sözlərinə görə, qanun layihəsi ilə 3 əsas məsələdə dəyişiklik edilmiş olur: "Artıq taxoqraf və taxoqram tələbi sadəcə beynəlxalq yol hərəkəti zamanı deyil, həm də ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımalarda da tətbiq olunacaq; bu öhdəlik artıq sadəcə yük daşımalarında deyil, həm də sərnişin daşımalarında da tətbiq olunacaq; artıq bu öhdəlik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur".

V.Hüseynov qeyd edib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bu Qanunun tələblərinin pozulmasına görə müvafiq məsuliyyət (cərimə) müəyyən ediləcəkdir: Bu məsuliyyət sürücülərlə yanaşı həmçinin daşımaları təşkil edən fiziki və hüquqi şəxsləri əhatə edəcəkdir. Digər mühüm məsələ sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər və sürücülərin beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarının hansı orqan tərəfindən müəyyən olunduğu və bu qaydaların siyahısıdır”.

Deputat vurğulayıb ki, “Yol hərəkəti haqqında” qanuna əlavə olunması təklif edilən 6-1. maddənin 2-ci hissəsinə əsasən həmin qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti olması nəzərdə tutulur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.