40 il əvvəlki fotoları yayıldı: “İllər onu çox dəyişib”
“Hababam Sınıfı” filmində “Orhan” obrazını canlandıran Ahmet Sezerelin yeni fotoları yayılıb. Şəkilləri görən izləyicilər gözlərinə inana bilməyiblər. Hazırda 65 yaşı olan Ahmet haqda sosial şəbəkə istifadəçiləri “İllər onu çox dəyişib” qeydini yazıblar. Qeyd edək ki, Sezerel sonuncu dəfə “Aşkın dansı” filmində oynayıb. “Hababam Sınıfı”na isə 1978-ci ildə çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.