Ailə qurduqdan sonra əri ilk dəfə görüntüləndi - fotolar
Model Emili Ratajkovski ərə getdikdən sonra ilk dəfə həyat yoldaşı, prodüser Sebastyan Bir-Makklardla görüntülənib. Cütlük Nyu-Yorkda restoranlardan birinə yollanarkən paparazzilərə tuş gəlib. Emili leopart naxışlı kostyum, əri isə idman geyimində olub. Hər ikisi xoşbəxt görünüb. Xatırladaq ki, 26 yaşlı model ailə qurması haqda xəbəri ötən gün sosial şəbəkədə toy fotoları paylaşaq verib.
Onun 3 illik sevgilisi Ceff Maqiddən nə zaman ayrılması sosial şəbəkə izləyiciləri üçün müəmmalı qalıb. Açıqlaması ilə hər kəsi təəccübləndirən Ratajkovski özünə sadə nikah mərasimi edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.