“O səs Türkiyə”nin münsiflərindən olan Gökhan Özoğuz sevənlərini kədərləndirəcək açıqlama verib. İfaçı yarışmadan ayrılır. Gökhan bundan sonra müğənni kimi karyerasına daha çox üstülnlük verəcəyini deyib: “müsabiqə yeni bitib. Yarışma üzündən musiqidən uzaq düşdüm. Bu səbəbdən daha müsabiqədə olmaycağam. Musiqiyə daha çox üstünlük verəcəyəm”. Qeyd edək ki, Gökhan Özoğuz 2014-cü ildən “O səs Türkiyə”nin münsiflər heyətinə daxil olub. O, elə həmin il münsiflər arasında qalib gəlib. Daha sonra Özoğuz 2 dəfə birinciliyi əldən verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.