banner
banner

Sosİal

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI: Ola bilər ki...

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI:

“Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, onlar yerin dərin qatlarında hansısa proseslərin baş verdiyini müəyyənləşdirə bilmirlər:

“Bayılda yanvarın 24-də baş verən sürüşmədən bir gün əvvəl biz ərazidə olmuşduq. Orada heç bir dəyişiklik yox idi, ancaq sabahısı vəziyyət dəyişmişdi. Buna görə də yerin dərin qatlarında hansısa proseslərin baş verib-vermədiyini deyə bilmirik. Hazırda isə ərazidə elə bir dəyişiklik müşahidə edilmir”.

R.Həsənov qeyd edib ki, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində dəqiq tədiqatların aparılması üçün hazırlıq işləri görülür:

 

“Ola bilsin ki, yaxın günlərdə bu tədqiqatlara başlayacayıq. Reperlər quraşdırıldıqan sonra ərazidəki ən kiçik tərpənişi belə hiss etmək mümkün olacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Bayıl yamacında baş verən sonuncu sürüşmə 2000-ci ilin martın 7-də baş verən sürüşmə qədər böyük olmasa da, bu hadisəni kiçik də saymaq olmaz:

“O zaman Şəhidlər Xiyabanının aşağı hissəsində sürüşmə-batma hadisəsi baş vermişdi, oradakı böyük tikililər torpaq altında qalmışdı. Torpaq qatı az qala prospektə qədər gedib çatmışdı. 2000-ci ildə Bayıldakı sürüşmə prosesini dayandırmaq üçün ərazidə istinad divarları tikildi, yamacın yükünün azaldılması istiqamətində işlər görüldü, ərazidə ağaclar əkildi, yaşayış evlərinin tikilməsinə icazə verilmədi".

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdirilib.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.