Demek Akalın bu dieta ilə gündə 1 kiloqram arıqlayıb - fotolar
Müğənni Demet Akalın qızı anadan olduqdan sonra aldığı 31 kiloqram çəkidən tez bir zamanda xilas olub. Bunun üçün ifaçı dieta saxlayıb. Demet saxladığı dieta ilə gündə 1 kiloqram arıqlayıb.
Sənətçinin dietası yumurta və içkilərdən ibarətdir. Belə ki, o, səhər 1 ədəd qaynadılmış yumurta, günorta yumurta ağından bişmiş omlet, axşam isə yalnız omlet yeyib. 3 yemək arası isə çay və sadə türk qəhvəsi içib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.