banner
banner

Sosİal

Bu rayonun 65 faizi hələ də işıqsızdır

Bu rayonun 65 faizi hələ də işıqsızdır

Ölkə ərazisinə təxminən bir həftə əvvəl yağan qar ərisə də, bu müddət ərzində fəsadları aradan qalxmayıb. Aran zonasına çox düşən qar Neftçalanın enerji təsərrüfatına elə zərbə vurub ki, hələ də yaşayış məntəqələrinin yarıdan çoxu işıqsızdır.

ANS TV-nin məlumatına görə, Neftçalaya yağan son 50 ilin ən güclü qarı rayonda ciddi fəsadlar törədib. Təbii fəlakət rayona külli miqdarda ziyan vurub. Neftcalanın yaşayış məntəqələrinin 65 faizinə hələ də enerjinin verilişi bərpa olunmayıb.

Yağan qar nəticəsində ən böyük ziyan rayonun enerji təsərrüfatına dəyib. Artıq 5 gündür ki, rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb. 

Yaranan vəziyyətdən narahat olan sakinlər problemin həllini tələb edirlər.

Rayon elektrik şəbəkəsindən verilən məlumata görə, yağan qar nəticəsində 250 işıq dirəyi, bir ədəd transformator aşıb. Kilometrlərlə naqil sıradan çıxıb. Rayon işıq idarəsindən bildirilir ki, “Azərenerji” rayona bərpa məqsədilə işıq dirəkləri və naqil göndərsə də, bu kifayət etmir. Eyni zamanda əksər kəndlərdə qardan sonra ərazi bataqlığa çevrildiyindən texnikanın işləməsində çətinlik yaranıb. 

Rayon icra hakimiyyəti yaranan vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırıb. Artıq FHN-nin əməkdaşları izafi suların həyətlərdən kənarlaşdırması işlərinə start verib.

Neftçala rayon icra hakimiyyəti başçısının müavini Nəriman Xəlilov bildirib ki, rayon icra hakimiyyətində qərargah yaradılmışdır: “Həm fərdi təsərrüfatlara, yaşayış evlərinə, ictimai binalara, çoxmərtəbəli yaşayış binalarına, məktəblərə, səhiyyə müəssisələrinə dəyən ziyan qeydiyyata alınır. Fəsadların aradan qaldırılması istiqamətində mütəmadi olaraq işlər aparılacaqdır”.

Təbii fəlakət nəticəsində rayon ərazisində 830-dan artıq talvar aşıb,120 ev damı uçub, 100-dən artıq avtomobil yararsız vəziyyətə düşüb. 7 çoxmərtəbəli yaşayış binasının, 8 məktəb, 3 şadlıq sarayının dam örtüyü dağılıb. Bir şadlıq sarayı isə tam yayarsız hala düşüb. 70 baş iri və xırdabuynuzlu heyvan, xeyli sayda ev quşları məhv olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.