Ötən ilin sentyabrda 2 illik həyat yoldaşı, aktrisa Merve Boluğurdan boşanan müğənni Murad Dalkılıç onunla bağlı xatirələri də silmək qərarına gəlib. Murad əvvəlcə keçmiş xanımı ilə birgə yaşadığı Acarkentteki evindən Çubuklu Vadi Konaklarında yerləşən yeni evə köçüb. İndi isə ifaçı Merve ilə evli olduğu vaxt aldığı “BMW 520” markalı avtomobilini satıb və yerinə 1 milyon lirə (təxminən 500 min AZN) dəyərində “BMW 730” markalı maşın alıb. Dalkılıçın yeni avtomobili ilə hazırda sevgili olduğu Hande Erçeli İstanbulda gəzdirdiyi bildirilir.
Xatırladaq ki, cütlüyün sevgili olması Erçelin bacısının doğum günündən sonra bəlli olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.