Əmrahın oğlundan daha bir qəribə paylaşım - fotolar
Müğənni-aktyor Əmrahın qeyri-rəsmi nikahdan dünyaya gələn oğlu Tayfun bir ay əvvəl ayrıldığı sevgilisi Funda Çakırı unudub.
Tayfun özünə yeni sevgili tapıb. O, gizli saxladığı sevgilisi ilə şəkillərini İnstaqram hesabında paylaşıb. Tayfunun eşq yaşamağa başladığı xanımın üzünü gizlətməsi hər kəsdə maraq oyadıb.
Xatırladaq ki, Tayfun yenicə ayrıldığı Funda ilə Seda Sayanın izdivac verilişində tanış olmuşdu. Cütlük yayda toy etməyə hazırlaşsa da, sonra anidən ayrılmaq qərarı vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.