Türkiyəyə məxsus təyyarə qəzaya uğradı - “subaylığın son gecəsi” 11 qızın həyatına son qoydu
Türkiyədə dəhşətli təyyarə qəzası baş verib. Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hər kəs həlak olub. Təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunub. Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. Səfir Tekin təyyarənin yerinin təsbit olunduğunu və təcili yardım, habelə yanğınsöndürən maşınların bölgəyə hərəkət etdiyini bildirib.
Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.
Lakin “subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib....
Qəza anının FOTOsu
Qeyd olunur ki, iş adamı Hüseyn Başaran Türkiyənin məşhur fındıq istehsalçılarından sayılan Başaran Holdingin sahibidir.
Əslən Trabzonlu olan Hüseyn Başarana məxsus holdinq fındıq sektorundan əlavə yaxt, maliyyə, inşaat, otelçilik, havaçılıq və enerji sektorlarında da fəaliyyət göstərir.
Hüseyn Başaran və qızı
İş adamının iki özəl jet təyyarəsi olub. Bunlardan biri uzun mənzilli Global Express, ikincisi isə qəzaya uğrayan Challenger 604-dür. Həmin təyyarə Kanadanın Bombardier şirkətinin istehsalı sayılır.
Ailənin tək qızı sayılan Minə Başaran 28 yaşında olub. Keçən ilin oktyabr ayında iş adamı Murat Gezer ilə nişanlanan Minə Başaranın yaxın vaxtlarda atasının yerinə holdinqin başına keçməli imiş. Minə Başaran 2013-cü ildə şirkətin idarə heyətinə üzv seçilibmiş.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.