banner
banner

Gündəm

Türkiyə ordusu Afrinin bir addımlığında - əməliyyat yeni fazaya keçir

Türkiyə ordusu Afrinin bir addımlığında

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin bölgəsində Halidiyə, Şeyx Əbdürrəhman, Bəbək Uşağı, Qurd Qulağı, Havran, Zelka və Kəfr Rum kəndlərini PKK/YPG terrorçularından azad edib. Bu barədə Türkiyə mətbuatı yazır ki, bununla da Afrin şəhərinin mərkəzinə 3 kilometr məsafə qalıb.

Türkiyə prezident, Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Afrində zərərsizləşdirilən terrorçuların sayı artıq 3200-ü keçib. Ərdoğan, bu əməliyyatlarda şəhidlər də verildiyini diqqətə çatdırıb: “Biz buralara 18 milyon kvadrat kilometrlərdən gəlmişik. Kiçildik, kiçildik. Artıq biz olduğumuz 780 min kvadrat kilometrdə kimsə ilə əməliyyat aparmırıq. İndi məhz hinlərinə girmişik. Qaçan qaçanadır. Onlar qaçacaq, biz qovacağıq”, - deyə Ərdoğan əlavə edib.

Ərdoğan həmçinin Suriyada işğal siyasəti aparmadıqlarına diqqət çəkib. O, NATO-ya da səslənib: “Ey NATO haradasan? Bu qədər mübarizə aparırıq. Türkiyə NATO-nun üzvü deyil? Haradasan? Əfqanıstanda dərhal NATO üzvü ölkələrini oraya dəvət etdin, bəs Suriyada? Suriyada NATO üzvü olan ölkələr... Əslində qüdrətləri çatsa, qalxacaqlar, onlar açıq-aydın qarşımızda duracaqlar, amma Türkiyənin dik dayandığını görəndə buna cürət etmirlər. Əfqanıstana çağırdın gəldik, Somaliyə çağırdın gəldik, Balkanlara çağırdın gəldik. İndi də mən çağırıram, gəl görək Suriyaya, gəl!. Niyə gəlmirsən?!”

Картинки по запросу Qabil Hüseynli,

“Yeni Müsavat”a mövcud durumu və Afrin alındıqdan sonra Türkiyənin nə qazanacağı məsələsini şərh edən politoloq Qabil Hüseynli, bu bölgənin tarixinə də diqqət çəkdi: “Bəli, əməliyyatlar bir neçə günə Afrinin alınması ilə nəticələnə bilər. Ancaq Afrinin şimal nöqtəsində müəyyən məskənlər var ki, orada da terrorçuların təmizlənməsi tələb olunur. Türkiyənin əsas məqsədi sərhədləri boyu terrorçu qruplaşmaların yerləşməsinin qarşısını almaqdır. Afrin ərəb şəhəri olub və burada ərəblər yaşayıb. Ancaq Bəşər Əsəd müharibənin ilk günlərində qəsdən həmin şəhəri döyüşsüz kürdlərə təslim etdi. Bundan əlavə, Afrinin ətrafında xeyli türkmən kəndləri vardı ki, kürdlər zor gücünə bu kəndlərdən də türkmənləri qovaraq çıxardılar. Beləliklə, Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd ərazidə çox böyük kürd zonası yarandı. Suriya türkləri burada möhkəmləndikdən sonra İraqın Fincan bölgəsində yerləşən PKK-çılar da əraziyə axışdılar. Çünki Afrin şəhərində Bəşər Əsəd dönəmində tikilmiş möhkəm istehkamlar, müdafiə sistemi mövcud idi. Beləliklə də Suriya terrorçuları ilə PKK burada birləşib, gələcək planlarını qurmağa başladılar. Bir müddət Amerika, Suriya demokratik qüvvələri adı altında onları birləşdirə bilmişdi. Ancaq bunların əsas məqsədi Suriyanın şimalında federativ bir kürd muxtar qurumu yaratmaq idi. Uzaq məqsədləri isə İraqın şimalında Bərzani ”Kürdüstanı" ilə Suriyadakı “Kürdüstanı” birləşdirib, Türkiyənin cənubi-şərqindəki kürdləri də bura daxil etməklə Kürdüstan dövlətini qurmaq idi. Bunu iraqlılar da yaxşı başa düşürdü. Bəşər Əsəd bu məsələlərə ciddi sürətdə müdaxilə etmirdi. Əksinə, Türkiyəyə ziyan vurmağı əsas məqsədi sayırdı. Ona görə də kürdləri Türkiyənin sərhədi boyunca salmaq istəyirdilər. Hazırda Türkiyə açıq şəkildə elan edir ki, burada Azad Suriya Ordusunun rəhbərliyi altında ərazisində məskunlaşan qaçqınları yerləşdirəcək. Türkiyənin əsas məqsədi uzun illərdir davam edən kürd separatizminə açıq şəkildə mübarizə aparmaqdır. Afrin ərazisində isə Türkiyədə məskunlaşan qaçqınların böyük hissəsini yerləşdirməyi düşünürlər. Türkiyənin bundan sonrakı əməliyyatları Qəndil dağlarına yönələcək. Mənbiç məsələsində hələ ki, Amerika ilə tam razılığa gələ bilməsələr də Afrinlə bağlı bu, belə deyil. Qəndillə bağlı isə İraqla razılaşma var. İraq dövləti onun ərazisindəki PKK birləşmələrinin məskənlərini birdəfəlik məhv etmək və bu bölgədən kürdlərin ayağını kəsmək fikrindədir".

Картинки по запросу kandil dağları

Politoloq bildirib ki, Türkiyə ilə İraq qoşunları Qəndil dağlarında yerləşən PKK-çılara qarşı birgə hərbi əməliyyatlara başlayacaqlar: “Bu hərbi əməliyyatların sürətləndirilməsi nəzərdə tutulur. Bu ilin may ayında Qəndil dağlarına Türkiyə ilə İraq ordusunun böyük hücumu gözlənilir. Beləliklə, Türkiyənin xaricində hərbi baza şəkilində formalaşıb, bu dövlətin ərazilərinə hücum edən bütün terrorçuların sıradan çıxarılması nəzərdə tutulur. Bundan sonra həm də Türkiyə ilə İraq arasında sərhədin pozulması ilə bağlı mübahisələr aradan qalxacaq. Yəni hər hansı hücum olmayacaqsa, o zaman Türkiyənin də İraq ərazisinə terrorçuları darmadağın etmək üçün nə hava hücumları, nə də yerdən artilleriya hücumları olmayacaq. Bir sözlə demək olar ki, Türkiyə Afrində əməliyyatları başlamaqla və bunun ardınca Qəndildə hərbi əməliyyatları həyata keçirməklə ölkədəki PKK probleminə son qoymaq fikrindədir. Türkiyənin nə Suriyanın, nə də İraqın bir qarış da olsun torpağında gözü yoxdur. Sadəcə olaraq onların əməliyyatında, həmin ölkələrin ərazisindən kürdlərin hücumunun qarşısını almaq məqsədi dayanır. Əməliyyatın ilk günlərində bəzi şəxslər Türkiyənin oyuna çəkildiyini deyirdilər. Ancaq bu, belə deyil. Amerika müəyyən dezinformasiyalar yayıb, Qərb ölkələri etirazlar bildirirdi. Kürdlər isə hay-həşir salırdılar ki, guya türk ordusu misli görünməmiş qətliam aparır. Türk ordusu kürdlərin dədə-baba torpaqlarında mübarizə aparmırdı ki? Onlar sadəcə, Bəşər Əsədin xəyanəti nəticəsində Türkiyə sərhədlərinə yerləşdirilmiş PKK-YPK terror dəstələrini sıradan çıxarmağı qarşıya məqsəd qoymuşdu. Ona da nail olmaq üzrədirlər. Türkiyə bu məsələdə müəyyən iqtisadi çətinliklərə düçar olsa da geostrateji baxımdan çox böyük uğurlar qazanacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.