Süni qiymət artımının qarşısının alınması məqsədi ilə Füzuli rayonunda aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirib. Son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalar da, bu cür halların qarşısı qətiyyətlə alınır.
İcra Hakimiyyətindən ANS PRESS-ə bildirilib ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon rəhbərinin Sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib, xüsusilə çörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmayıb.
Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.