APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.
İndiyə qədər Ceyranbatan su anbarından müvafiq olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral kanalı vasitəsilə suvarma üçün götürdüyü suyun dəyərini Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyiblər. Dəyişikliyə əsasən bundan sonra sudan ödənişli istifadə qaydaları təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Tarif (qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq ediləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.