Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 04-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri, həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.