banner
banner

Sosİal

Azərbaycanda yəhudilərin lideri dəyişdi

Azərbaycanda yəhudilərin lideri dəyişdi

Quba rayonu ərazisindəki Qırmızı Qəsəbənin sinaqoqunda Cənubi Qafqazda yəhudilərin sıx yaşadığı bu unikal qəsəbənin dağ yəhudiləri dini icmasının yığıncağı olub.

CİA.Az Azərtac-a istinadən xəbər verir ki, Yəhudi Xəbərlər Agentliyi (YXA) bildirib ki, yığıncaqda məxsusi olaraq Bakıdan Qırmızı Qəsəbəyə gələn Milli Məclisin deputatı Yevda Abramov, habelə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak ediblər. Yığıncaqda 44 yaşlı Yuri Niftəliyevin dini icmanın idarə heyətinin yeni sədri seçilməsi barədə qərar qəbul olunub.

Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “5775-ci ilin Pesaxına qədər davam edəcək keçid dövründə idarə heyətinin sədri vəzifəsində topladığım təcrübəni Yuri Niftəliyev ilə bölüşəcəyəm”

2013-cü ildə 80 yaşını qeyd edən Boris Simanduyev 21 il Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasına rəhbərlik edib.

Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında səmərəli fəaliyyətinə görə Boris Simanduyevi “Şöhrət” ordeni ilə təltif edib.

Gözlənildiyinə görə, “Şöhrət” ordenli Boris Simanduyev Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının fəxri sədri seçiləcək, Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyətində təcrübə, məsləhət və nüfuzundan istifadə edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.