Britaniyalı aktyor Bredli Kuperlə rusiyalı model sevgilisi İrina Şeyk Los-Ancelesdə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük restoranlardan birində şam edib. Çıxışda paparazzilərə tuş gələn Bredli və İrinanın yanında valideynləri və digər qohumları olub.
Ailəvi şam edən 42 yaşlı Bredli və 32 yaşlı İrina çox xoşbəxt görünüblər.
Qeyd edək ki, gizlicə nişanlanan cütlüyün ötən ilin martında Lea de Sena adlı qızları dünyaya gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.