“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin qızı Buse Terim ikinci övladını dünyaya gətirmək üçün Amerikaya uçub. Məşqçinin qızı hava limanında çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Daha bir qızı dünyaya gələcək Buse Mayamiyə yola düşüb. Busenin ardınca futbolçu həyat yoldaşı Volkan Bahçekapılı, anası Fulya Terim və bacısı Merve Çetin də Amerikaya yola düşüb.
Qeyd edək ki, Buse 2016-cı ildə qızı Nili də Amerikada dünyaya gətirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.