Türkiyənin tanınmış aktyoru Atilla Şendil Bakıya gəlib. Aktyor ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində qonaq olub. Bakıya qızı və həyat yoldaşı ilə gələn Atillanın sosial şəbəkədə fotoları yayılıb.
Qeyd edək ki, aktyor "Kurtlar vadisi", "Leyla və Məcnun", "Eşkiya dünyaya hökmdar olmaz" seriallarından tanınır.
Xatırladaq ki, verilişə əməkdar artist Məlahət Abbasova aparıcılıq edir. Proqram hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.