8 aydır münasibətdə olduğu Berk Suyabatmazla ailə qurmağa hazırlaşan aparıcı Burcu Esmersoy ilk dəfə şəxsi həyatından danışıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı valideynləri üzündən xoş keçməyən uşaqlığını xatırlayıb. Burcu anasının ikinci ərinə görə ondan və bacısından imtina etdiyini deyib: “Atam başqa qadınla evlənmişdi. Anam da başqasına ərə getmişdi. Amma ikinci ərinin ailəsi çox mühafizəkar olduğundan iki qızını onlardan gizlədirdi. Bir dəfə evli olduğunu deyə bilmir. Bu səbəbdən biz düz 12 il anamıza “xala” demişik. Anamı da, atamı da əsla bağışlamayacağam”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.