Libası ilə hamiləlik xəbərinə nöqtə qoydu - Fotolar
Tez-tez iddialı fotoları ilə adından söz etdirən model Emili Ratajkovski yenə görünüşü ilə gündəm olmağı bacarıb. Son paylaşımı ilə ağıllara “Hamilədir” sualını gətirənlərin cavabını Emili bu dəfə geyimi ilə verib.
O, qatıldığı “I Feel Pretty” filminin qala gecəsində qarnı açıq libasda olub. Emili hamiləliklə bağlı jurnalistlərin də suallarını cavablandırıb. 26 yaşlı model “İnsanların belə düşünməsi xoşdur, amma gördüyünüz kimi, hamilə deyiləm” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.