"Boşanmağımızda mən günahkar deyiləm" - ilk dəfə danışdı
Müğənni Mustafa Sandaldan boşanma ərəfəsində olan serbiyalı müğənni Emina Yahoviç ilk dəfə ayrılıq səbəblərindən danışıb.
Emina indiyədək mediada yayılan keçmiş sevgilisinə qayıtması xəbərlərini inkar edib:
“Həmişə məni günahlandırdılar. Ancaq evliliyimizin başa çatmasının səbəbkarı mən deyiləm, Mustafadır. Boşanmağımıza çox az qalıb. Barışıqdan söhbət gedə bilməz. Haqlı olduğum halda, mənə böhtan atıldı. Mən bosniyalı qadınam və müsəlmanam. Yazılanların heç biri doğru deyil. Ayrılıq səbəbimizi isə demək istəmirəm, çünki şəxsi məsələdir”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.