banner
banner

Gündəm

Stroll: Bakı təkcə gözəl trasdan ibarət deyil, həm də maraqlıdır

Stroll: Bakı təkcə gözəl trasdan ibarət deyil, həm də maraqlıdır

Bakı təkcə gözəl trasdan ibarət deyil, şəhər həm də öz-özlüyündə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qran-prisi barədə təəssüratları bölüşərkən “Williams” Formula-1 komandasının kanadalı pilotu Lens Stroll deyib.

O bildirib ki, Bakı ilə bağlı gözəl xatirələri var: “Mən keçən il burada ilk dəfə fəxri kürsüyə çıxdım. Belə xatirələr isə unudulmur”.

 

Strollun sözlərinə görə, ötən ilə qədər Bakıda olmamışdı və hər şey onun üçün təzə idi: "Tras pilotaj baxımından çox cəlbedicidir, uzundur, texniki dairələr var. Küçədə tras qurulduğu üçün səhv etmək mümkün deyil".

Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.