banner
banner

Sosİal

Formula 1 biletləri bu yerlərə qalmadı - Hamısı satılıb

Formula 1 biletləri bu yerlərə qalmadı -

Paytaxtda bu həftəsonu baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərin əksəriyyəti satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlər də artıq satılıb qurtarmaq üzrədir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim son günlər yerli tamaşaçıların yarışa böyük rəğbət göstərdiyini deyib: “Hər il olduğu kimi bu il də yarışa yaxınlaşdıqca bilet alanlar arasında yerli Formula 1 həvəskarları üstünlük təşkil etməkdədir. Eyni zamanda, biz bu il yarışa həm beynəlxalq, həm də yerli səviyyədə daha böyük maraq müşahidə edirik. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının möhtəşəm F1 yarışlarına ev sahibliyi etməsi ilə yanaşı burada tamaşaçılar üçün müxtəlif zövqlərə xitab edən çox saylı əyləncə və konsert proqramının olmasının böyük rolu var. Ümid edirik ki, Bakı bu il də möhtəşəm yarış və əyləncəyə səhnə olaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək”.

Qeyd edək ki, indiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 %-i xarici ölkələrin payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.