banner
banner

Gündəm

Nazir müavini İlham Quliyevin təsərrüfat oyunları

Nazir müavini  İlham Quliyevin təsərrüfat oyunları

Kənd təsərrüfatı naziri Heydər Əsədov istefaya göndəriləndən sonra nazirlik ətrafında müxtəlif fikirlər, versiyalar səslənməyə başladı. Amma aydın olan budur ki, bütün fikirlərin kökündə korrupsiya ilə bağlı ittihamlar səsləndirildi, Heydər Əsədovun formalaşdırdığı komandanın qeyri-peşəkarlığı önə çəkildi. Gəlin müəyyən faktlara aydınlıq gətirək.

CİA.AZ saytının apardığı araşdırmalar göstərir ki, Kənd Təsərrüfatı Nazirliyində əsas söz sahiblərindən biri, nazir müavini İlham Quliyev olub. Məhz bu şəxs nazirlikdə “boz kardinal” adlandırılıb və elə məsələlər olub ki, Heydər Əsədov onun icazəsi olmadan heç bir addım atmayıb. Ən gülməlisi isə budur ki, İlham Quliyev ixtisasca mühəndisdir və kənd təsərrüfatına aidiyyatı yoxdur. Görünür mühəndisin pambıqçılıqla məşğul olmasının axırı elə belə də yekunlaşmalıydı. Amma məsələ bununla tamamlanmır. Belə ki, nazirin digər müavini Seyfəddin Talıbov bir zamanlar Hesablama Palatasının şöbə müdiri olub, Heydər Əsədov kənd təsərrfüatı naziri təyin ediləndə, o da Kənd Təsərürfatı Nazirliyinı Aparat rəhbəri vəzifəsinə gətirilib. Sonradan isə prezidentin sərəncamı ilə nazir müavini vəzifəsinə təyin olunub. Kənd təsərrüfatı nazirinin digər müavini İlham Bayramov da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Heydər Əsədovun 7 iyul 2014-cü il tarixli əmri ilə kənd təsərrüfatı nazirliyinin Aparat rəhbər təyin olunub. Sonradan isə nazir müavini təyin olunub. Beləliklə də kənd təsərrüfatı ilə bağlılığı olmayan dörd nəfər şəxs Kənd Təəsrrüfatı Nazirliyinin rəhbərliyində yer alıb və buna görə də kənd təsərrüfatı məhsullarının idxalın artaması təəccüblü görünməməlidir. CİA.AZ saytının araşdırması göstərir ki, məhz İlham Quliyev başda olmaqla nazirliyin boğazına çökən adı çəkilən şəxslər heç vaxt kənd təsərrüfatı sahəsində hansısa uğurlu addım ata bilməyib, əksinə baş verən neqativ halları daha da sürətləndiriblər. Elə buna görə də dünənə qədər Kənd Təsərrüfatı Nazirliyi məhsulun necə yığılacağı, harada saxlanılacağı və hara ixrac olunacağı ilə bağlı aydın təsəvvürlər olmadığı halda bütün ölkə boyu hansısa məhsulun kütləvi istehsalına start veriblər. Məsələn, ölkənin bir çox yerlərində heyvanların örüş yerləri taxıl əkini üçün sahələrə çevrilib.Halbu ki, bu ərazilərdə taxılın məhsuldarlığı gülünc həddə olub. Bununla da Heydər Əsədovun üç illik nazirliyinin nəticəsi olaraq son iyirmi ildə aqrar sektorun inkişaf edən sahələri də geri qalmağa başladı.Bunun qarşılığında isə dövlət milyonlarla manat pul itirdi, bir sıra məmurlar isə milyonlara sahibləndilər. P.S. İlham Quliyevin rəhbəri olduğu dəstənin “Aqrolizinq” sahəsində ki, fəaliyyətləri haqqında araşdırmamızı gözləyin.

CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.