banner
banner

Gündəm

Bakıda Formula 1 pilotlarının yürüşündə Ferstappen qəza törətdi

Bakıda Formula 1 pilotlarının yürüşündə Ferstappen qəza törətdi

Bakıda Formula 1 pilotlarının sərbəst yürüşü zamanı "Red Bull Racing" komandasının təmsilçisi Maks Ferstappen idarəetməni itirib və bolidi səddə çırpılıb.

Trend-in məlumatına görə, qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.

Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.

Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.