banner
banner

Şou

Alişan onu qınayanlara əsəbiləşdi: "Sizə nə?"

Alişan onu qınayanlara əsəbiləşdi:

6 may toyları olacaq müğənni Alişan və nişanlısı, aktrisa Buse Varol bu gün dini nikah kəsdiriblər.

Alişan nikahda çəkilmiş fotoları İnstaqram hesabında yerləşdirib.

İfaçının fotoları sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər Alişanı buna görə qınayıblar.
Lakin sənətçinin cavabı da gecikməyib. Müğənni onu qınayanlara əsəbiləşərək qeyd edib:

“Biz müsəlmanıq və dinimə görə, Allahım nəyi əmr edirsə, onu da etdim. Kiminsə dininə, adətinə qarışa bilmərəm. Kim nəyə inanır, elə də yaşasın. Bu gün Allahın izni, Bazar günü qanuni evlənmiş olacam, inşallah. Burada mənə münasibət bildirənlərə səslənirəm: Nə olar, bir dəfə də insan kimi şərh yazıb, xoşbəxtlik arzulayın. Soyunana qarışırsız, ibadət edənə qarışırsız, açılana bir söz, qapalı olana başqa söz. Axı, sizə nə?”.

 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.