banner
banner

Sosİal

Şamaxıda daha bir kənd aksiyaya hazırlaşır

Şamaxıda daha bir kənd aksiyaya hazırlaşır

Göylər sakinlərindən sonra Avaxlı camaatı da İcra Hakimiyyətinə yürüş etmək fikrindədir 

Ötən gün xəbər vermişdik ki, Şamaxıda etiraz aksiyası keçirilib. JAM.AZ-a daxil olan məlumata görə, rayonun Göylər kəndinin 200-ə yaxın sakinləri İcra Hakimiyyətinin binasına yürüş edərək, üzləşdikləri problemlərdən dolayı etirazlarını bildiriblər. 

Bu gün gələn xəbərdə isə deyilir ki, Şamaxının daha bir kəndi ayağa qalxmağa hazırlaşır. JAM.AZ-a verilən məlumata görə, Göylər kəndində yaşanan problemlər eyniylə Avaxlı kəndi üçün də xarakterikdir. Həmçinin Avaxlının da icra nümayəndəsi bu yaxınlarda işdən çıxarılıb və kənd camaatı bu hərəkətdən narazıdır. 

Bu əsnada rayon sakinləri bildirib ki, onlar Facebookda event yaradaraq, imzatoplama kampaniyası təşkil etməyi qərarlaşdırıblar. Toplanılmış imzaları bir araya gətirib, prezidentə müraciət etməyi də düşünürlər. Həmin müraciətdə isə icra başçısı Asif Ağayev və müavini Qasım Qasımovun işdən çıxarılmasını xahiş edəcəklər.

Qarşı tərəfi dinləməyə hazırıq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.