banner
banner

Sosİal

Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

2-3 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Dövlət Statistika Komitəsi aparatının rəhbəri Cabbar Musayev iştirak edir.

Komitədən Trend-ə verilən məlumata görə, sessiya zamanı əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli prioritetlərə, İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.

Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə Azərbaycan Respublikasında keçiriləcək əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.