banner
banner

Sosİal

Gələn ay 5 gün iş olmayacaq

Gələn ay 5 gün iş olmayacaq

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

“Report”un xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.