banner
banner

Gündəm

Gizli videosu yayılan baş həkim işdən çıxarıldı

Gizli videosu yayılan baş həkim işdən çıxarıldı

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə yayılan məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Open.az saytına təsdiqləyib.

Onun sözlərinə görə, araşdırma aparılır: “Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Bir müddət əvvəl açıqlama vermişdik, amma yenidən araşdırırıq. Bu, elə məsələdir ki, özbaşına buraxmırıq”.

1 saylı Körpələr Evindən  bildirildi ki, N.Əliyevanın işdən çıxarılması ilə bağlı onlarda heç bir məlumat yoxdur:

"Nəhayət xanım dünəndən işə gəlmir, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini iddia etmişdi. Videoda körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları "Prado" markalı maşına daşıdığı əks olunurdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.