ANS-də bir qrup vəzifəli şəxs işdən çıxarıldı - SİYAHI
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən qovub.
CİA.Az Aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumat ANS televiziyasından verilib.
Məlumatda deyilir ki, Vahid Mustafayev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radionun əməkdaşları ilə keçirdiyi iclasda 2 DJ aparıcısını da işdən kənarlaşdırıb.
Gərgin keçən iclasda Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayevin radionun ikinci müavini olan qızı Çinarə Mustafayevanı aşağı vəzifəyə keçirilib. O bundan sonra musiqi redaktoru kimi çalışacaq.
ANS Şirkətlər Qrupunun prezidenti televiziya işçilərinin də cəzalandırılması anonsunu verib.
Bununla yanaşı televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən qovulduğu deyilir.
Qeyd edək ki, teleaparıcı, jurnalist Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın oğludur. O, 2002-ci ilin dekabrından 2011-ci iln martınadək ANS TV-də çalışıb. “Xəbərçi”, “Hesabat” verilişlərinin aparıcısı olub.
Ceyhun Əsgərov bir müddət “Araz” radiosunda redaktor-DJ, sonra isə Tovuz rayonunda yerləşən Türkel telekanalının icraçı direktoru vəzifələrində çalışıb. O, ötən ilin sentyabrında yenidən ANS-ə qayıdaraq ANS ÇM-in baş redaktoru olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.